ABŞ-da arvadını öldürən Fuad Paşayev intihar edib - FOTOLAR

 ABŞ-da arvadını öldürən Fuad Paşayev intihar edib -  FOTOLAR
  10 May 2019    Oxunub:9873
ABŞ-ın Viskonsin ştatında 23 yaşlı ukraynalı Tatyana Qujvanı qətlə yetirməkdə təqsirli bilinən Fuad Paşayev saxlanıldığı təcridxanada ölü tapılıb.

Azvision.az ABŞ mətbuatına istinadən xəbər verir ki, hadisə mayın 6-da gecə saat 23:00 radələrində baş verib.
Belə ki, onun ifadəsini almaq üçün aparmağa gələn təcridxana əməkdaşları Fuadı hərəkətsiz vəziyyətdə aşkar ediblər. Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən, F.Paşayevin intihar etdiyi məlum olub.

Qeyd edək ki, bu ilin aprel ayının əvvəlində ABŞ-ın Viskonsin ştatında 23 yaşlı ukraynalı Tatyana Qujva qəddarlıqla qətlə yetirilib. Hüquq-mühafizə orqanları qətlin törədilməsində onun həyat yoldaşı Fuad Paşayevi şübhəli biliblər. İlkin məlumata əsasən, Paşayevə qarşı hələ yanvar ayında məişət zorakılığına görə 11 bənd üzrə ittiham irəli sürülüb. O zaman da zərərçəkmiş Tatyana olub.



Tatyana Qujva yanvarın 3-də polisə müraciət edərək bildirib ki, Paşayevin onu öldürəcəyindən qorxur. O deyib ki, üç il birlikdə yaşayıblar və bütün bu müddət ərzində Paşayev alkoqollu içkilər qəbul edərək, həyat yoldaşını döyüb.









Anar Kəlbiyev
Azvision.az


Teqlər: Fuad-Paşayev   ABŞ  





Xəbər lenti