“AQTA işini inzibati tənbeh üzərində qurmur” - Qoşqar Təhməzli
Onun sözlərinə görə, qarşıdakı 7 il ərzində sahibkarlıq strukturlarına təlim-tədris işlərində yardımçı olmaq lazımdır ki, onlar ölkəmizdə beynəlxalq standarlara uyğun qida təhlükəsizliyi sistemini qura bilsinlər.
Q.Təhməzli əlavə edib ki, qida təhlükəsizliyinin təmini torpaqdan başlayır: "Prezidentin fərmanında da qeyd olunur ki, qida təhlükəsizliyi tarladan başlamalı və tarladan süfrəyə olmalıdır . Yalnız son mərhələdə satış həyata keçirmək heç də qida təhlükəsizliyi deyil. Bitkiçilik məhsullarına tətbiq olunan aqrokimyəvi preparatların, bitki mühafizəsi vasitələrinin, quşçuluq və heyvandarlıq təsərrüfatlarında istifadə olunan yem və yem əlavələrinin, heyvan mənşəli baytarlıq preparatlarının tətbiqi ciddi önəm daşıyır. Heyvandarlıq təsərrüfatlarında heyvanlara, quşçuluq təsərrüfatlarında quşlara verilən yem və yem əlavələri həmin məhsulun təhlükəsizlik göstəricilərini birbaşa özündə əks etdirir. İstər daşınma, istər saxlanma mərhələlərində sanitar normalara əməl olunmalıdır".
Elvin Abdulqədirov
Azvision.az