Rayonlarda da DOST mərkəzləri yaradılacaq

Rayonlarda da DOST mərkəzləri yaradılacaq
  10 May 2019    Oxunub:2119
"Bir il ərzində Bakı şəhərində daha 3 DOST mərkəzinin açılması nəzərdə tutulur".
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, növbəti ildən başlayaraq Azərbaycanın regionlarında da DOST mərkəzləri şəbəkəsi yaradılacaq.

Nazir qeyd edib ki, ümumilikdə 31 A və B kateqoriyalı mərkəzlərin yaradılması nəzərdə tutulub.

"Bu kateqoriyalar əhali sayına görə müəyyən edilir. Əhali sayı 200 mindən çox olan ərazilərimiz üçün A kateqoriya, 100-200 min arası olan regionlarımız üçün B kateqoriya və aşağı düşərək bu kateqoriyalar davam edir. Ən azı 31 A və B kateqoriyalı mərkəz yaradacağıq. Əhali sayı az olan, ərazi baxımından mərkəzlərdən uzaq qalan ərazilər üçün də müəyyən məntəqələr yaradılacaq. Onlara səyyar xidmət də göstəriləcək".

Azvision.az


Teqlər: Sahil-Babayev   Nazir   ƏƏSMN  





Xəbər lenti