Düşmən atəşkəsi 28 dəfə pozub

   Düşmən atəşkəsi 28 dəfə pozub
  10 May 2019    Oxunub:1900
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Azvision.az


Teqlər: Atəşkəs   Düşmən  





Xəbər lenti