“Ankaranın təklif etdiyi qiymətlər son deyil” - Qatarla bağlı açıqlama

   “Ankaranın təklif etdiyi qiymətlər son deyil” -    Qatarla bağlı açıqlama
  08 May 2019    Oxunub:2145
“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Bakı-Ankara-Bakı istiqamətində hərəkət edəcək qatarlarda gediş haqqının qiymətinə baxılır.
Bunu Azvision.az -a açıqlamasında QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib. O bildirib ki, Türkiyə tərəfinin yaydığı qiymətlər son deyil.

“Yayılan məlumatlarda göstərilən qiymətlər Ankaranın təkilif etdiyi qiymətlərdir. Dəqiq qiymətlər məlum deyil. Yekun qiymətlər bəlli olduqdan sonra ictimaiyyətə açıqlama veriləcək”.

Qeyd edək ki, Türkiyə Dəmir Yollarının yaydığı məlumata əsasən, Ankara-Bakı istiqamətində hərəkət edəcək sərnişin qatarında gediş haqqının 350-800 TL (97-220 AZN) olması planlaşdırılır.

Aytən Zəhra
Azvision.az



Teqlər: Ankara   Qatar  





Xəbər lenti