Gecə saatlarından başlayaraq paytaxt Bakda və Abşeron yarımadasında dumanlı hava şəraiti hökm sürür. Duman nəticəsində Abşeron yarımadasında görünüş 500-600, bəzi yerlərdə 200 metrədək məhdudlaşıb. Nisbi rütubət 86-88 faiz təşkil edir.
Qeyd edək ki, hava şəraitini azqradiyentli nisbətən alçaq təzyiq sahəsi təyin edir və əsən cənub, cənub-şərq istiqamətli zəif külək dənizdən rütubətli hava kütlələrinin quruya doğru hərəkətini təmin edir. Günorta saatlarında küləyin sürəti bir qədər artacaq və bu səbəbdən dumanın tədricən çəkiləcəyi gözlənilir, lakin gecəyə doğru yenidən duman olacağı ehtimalı var.
Azvision.az -ın bu gün dumana bürünən Bakıdan lentə aldığı fotoları təqdim edirik.