“4 ayda 86 nəfər dəm qazından zəhərlənib” - Baş toksikoloq

  “4 ayda 86 nəfər dəm qazından zəhərlənib” -    Baş toksikoloq
  08 May 2019    Oxunub:2639
2019-cu ilin 4 ayı ərzində 86 nəfər dəm qazı zəhərlənməsi ilə əlaqədar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Bu barədə Azvision.az -a Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov deyib. O bildirib ki, müraciət edənlərdən 4-ü uşaqdır.
“Havalar isindikcə dəm qazı zəhərlənməsi ilə bağlı müraciətlərin sayı azalır. Müraciətlər tək-tük hallarda olur", - A.Maqsudov bildirib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Azər-Maqsudov  





Xəbər lenti