“Yeraltı keçid popkorn qoxusundan azad oldu” - Tənqid olunan deputat

“Yeraltı keçid popkorn qoxusundan azad oldu” -  Tənqid olunan deputat
  08 May 2019    Oxunub:2938
"Dünən axşam "Azneft" meydanı yaxınlığında yeraltı keçid popkorn qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq ki, nə qədər müddət davam edəcək".
Azvision.az xəbər verir ki, bunu "Facebook" hesabında deputat Rasim Musabəyov yazıb. O bildirib ki, bu kiçik məsələ olsa da, ictimaiyyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir.

"Bəzi müzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər. Müzakirələr göstərdi ki, kiçik məsələlər də özünə diqqət tələb edir. Sadə feysbuk status ilə məmurların operativ müdaxiləsi nəticəsində məsələni həll etmək mümkün oldu. Bu, mənim üçün sosial şəbəkə vasitəsilə ictimai dəstəyin səfərbər olunması təcrübəsi idi. Məlum oldu ki, bizdə bu alınır. Dəstəyinizə görə təşəkkür edirəm. İstehzalı və bəzən qərəzli şərhlər isə müəlliflərin vicdanına qalsın"-, deyə deputat vurğulayıb.



Qeyd edək ki, deputat Rasim Musabəyov "Facebook"da yazdığı son statuslara görə sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid olunub.

Azvision.az


Teqlər: Deputat   Rasim-Musabəyov  





Xəbər lenti