Naxçıvan Qarnizonunda növbəti toplantı keçirilib

Naxçıvan Qarnizonunda növbəti toplantı keçirilib
  08 May 2019    Oxunub:1617
Naxçıvan Qarnizonunda tabor, divizion komandirləri və onların müavinləri ilə növbəti təlim-metodiki toplantı keçirilib.
Azvision.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən məlumata görə, toplantıya cəlb edilmiş zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, gecə şəraitində sürücülük və atəş bacarıqları yoxlanılıb.

Müxtəlif ixtisaslar üzrə məqbullar götürülən zaman zabitlər yüksək nəticə göstəriblər. Dörd gün davam edən toplantının sonunda tabor, divizion komandirləri və onların müavinlərinə döyüş atışlı tabor taktiki təliminin planlanması, hazırlanması, keçirilməsi, təlim zamanı bölmələrin və atəşin idarə edilməsi metodikası praktiki olaraq göstərilib.



Təlimdə yaranmış əməliyyat şəraitinə əsasən, motoatıcı taborun düşmənlə bilavasitə təmas vəziyyətindən hücuma keçərək şərti düşməni məhv etməsi praktiki yerinə yetirilib. Piyadaların döyüş maşınlarının, top və minaatanların, tank əleyhinə qurğuların, müasir idarəetmə vasitələrinin də cəlb edildiyi təlimdə qarşıya qoyulmuş məqsədə nail olunub.



Azvision.az



Teqlər: Naxçıvan   Qarnizonu  





Xəbər lenti