Səfirlik Moskvada erməni təxribatının qarşısını aldı
Həmin məlumatlarda MDU-nun tədbirin tərəfdaşı olması göstərilib. Səfirlik məsələ ilə bağlı MDU rəhbərliyinə müraciət edib. Universitetdən verilən cavabda ali məktəbin bu tədbirlə birmənalı olaraq heç bir əlaqəsinin olmadığı bildirilib.
Həmçinin vurğulanıb ki, bu cür tədbirlərin MDU daxilində keçirilməsi qəbuledilməzdir. Eyni zamanda səfirliyin bununla bağlı narahatlığını nəzərə alan universitet rəhbərliyi tədbirin təşkilatçıları ilə görüş keçirib, nəticədə tədbirlə bağlı sosial şəbəkələrdə yerləşdirilmiş məlumat silinib.
Azvision.az