Gəncədə e-vətəndaş proqramı təqdim olundu

Gəncədə e-vətəndaş proqramı təqdim olundu
  08 May 2019    Oxunub:1801
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Gəncə Dövlət Universtetində yeni brendi olan SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin e-vətəndaş proqramının təqdimatını keçirib.
Azvision.az xəbər verir ki, Gəncə Dövlət Universitetinin rektorunun baş müşaviri Asif Bayramov çıxışında Şuranın QHT sektorunun inkişafı sahəsindəki fəaliyyətini yüksək qiymətləndirdiyini və e-vətəndaş proqramının mühüm yenilik olduğunu bildirib. Şura sədri Azay Quliyevə təşəkkürünü bildirən A.Bayramov tələbələri QHT layihələrinin qiymətləndirilməsi prosesində fəal olmağa çağırıb.

Universitetin prorektoru Gülsüm Fətəliyeva Şuranın dəstəyi ilə QHT-lərin cəmiyyətimizdəki ictimai problemlərin həlli, milli maraqların qorunması sahəsində məhsuldar fəaliyyət göstərdiklərini deyib.



Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın yeni brendi olan SƏLİS çərçivəsində 2019-cu ildə tətbiq edəcəyi yeni elektron xidmətlər barədə ətraflı məlumat verib. İcraçı direktor bildirib ki, Şura ilk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində mayın 14-dən iyunun 7-dək ölkənin bütün vətəndaşlarını QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qiymətləndirməyə dəvət edir. Bu məqsədlə e-vətəndaş proqramının ictimaiyyətə təqdimatına başlanıb. Regionlarda ilk belə təqdimat isə ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərində keçirilir.



Toplantıda e-vətəndaş xidmətindən istifadə qaydalarından bəhs edən təlimat xarakterli videoçarx nümayiş etdirilib. Təqdimatdan sonra Fərasət Qurbanov sualları cavablandırıb.

Azvision.az



Teqlər: QHT   Şura   SƏLİS  





Xəbər lenti