Müharibə veteranlarına dövlət qayğısı artırılır - Sərəncam

Müharibə veteranlarına dövlət qayğısı artırılır -  Sərəncam
  07 May 2019    Oxunub:2708
Mayın 7-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, ölkəmizdə müharibə veteranlarına dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün Prezidentin ehtiyat fondundan bu quruma 300 yüz min manat ayrılıb.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti