“Azercell” gəncləri rəqəmsal dünyaya yaxın edir
Layihənin məqsədi rəqəmsal texnologiyalara marağı olan tələbələrə dəstək olmaq və onları telekom sahəsinin ən son yeniliklərləri ilə daha yaxından tanış olmağa dəvət etməkdir. Qeyd edək ki, “Azercell”in “IT-lab” və “Biznes-lab” inkubasiya mərkəzləri 6 aylıq ödənişli təcrübə proqramlarıdır. Əlavə olaraq, təcrübəçilər “Azercell” tərəfindən həyata keçirilən sosial layihələrdə, müxtəlif təlimlərdə və şirkətin korporativ tədbirlərində iştirak etmək imkanına da malik olacaqlar.
Qeyd edək ki, müraciətlərin qəbulu artıq açıqdır və son qəbul tarixi mayın 20-sidir. Seçim prosessini müvəffəqiyyətlə tamamlayanlar iyulun 1-dən şirkətdə təcrübəyə başlayacaqlar.
Əgər sən liderlik keyfiyyətlərinə sahibsənsə, innovativ, çevik və yaradıcısansa, o zaman Biz səni axtarırıq! Komandamıza qoşul və rəqəmsal dünyanın ən son yeniliklərini bizimlə kəşf et! “Azercell”lə rəqəmsal gələcək qurmaq fürsətini əldən vermə!
Əlavə məlumat üçün https://www.azercell.com/az/company/career/development_oportunities/lab/ səhifəsinə daxil olun.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Azvision.az
Teqlər: Azercell