Nazir Lənkəranda qəbul keçirib
Astara rayonundan qəbula yazılan vətəndaşların müraciətləri rayon ərazisində yerləşən tarixi abidələrin mühafizə zonalarının dəqiqləşdirilməsi, rayon MKS-ə böyük şair İmadəddin Nəsiminin adının verilməsi, mədəniyyət müəssisələrində çalışan işçilərin mərkəzləşdirilmiş qaydada attestasiyasının keçirilməsi, mədəniyyət işçilərinin fəxri adlara təqdimatı barədə olub.
Lerik sakinləri ölkə üzrə uzunömürlülər haqqında məlumat bazasının yaradılması, bölgənin uzunömürlü sakinləri haqqında filmin çəkilməsi, rayondakı Heydər Əliyev Mərkəzinə İmadəddin Nəsiminin yeni nəşr olunmuş kitablarının verilməsi, rayon ərazisində olan qədim kəhrizlərin dövlət tərəfindən qorunan abidələr siyahısına salınması, Buzeyir mağarasına gedən yolun təmir olunmasına köməklik göstərilməsi və işlə təmin olunma barədə müraciət ediblər.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
Azvision.az
Teqlər: Mədəniyyət Nazir