YAP beynəlxalq təşkilatları sərt tənqid etdi: "Real işlərlə məşğul olsunlar"
Ə.Əhmədovun sözlərinə görə, ATƏT bu məsələyə göz yummalalıdır: "Beynəlxalq birlik və təşkilatların Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupunun və onların vəzifədə olan insanlarının bu cür hallara göz yumamalarına və kəskin reaksiya bildirmələrinə dəvət edirik. Əlbəttə ki, danışıqlar prosesinin getdiyi dövrdə bu cür səfərlər ümumi anlaşmanın yaranmasına mənfi təsir göstərir və tərəflər arasında qarşıdurmanı bir az da artırmış olur. Nəticədə mövqelərin yaxınlaşması lazım olan sülh müqaviləsinin əldə edilməsi işinə özünün mənfi təsirini göstərir".
"Hesab edirəm ki, bütövlükdə bu cür halların yaşanmasının əsas səbəbi ondan ibarətdir ki, Azərbaycanın ərazisinin 20 faizə qədəri işğal altındadır. Ölkəmiz bu ərazilərə nəzarət edə bilmir. Beynəlxalq qurumlar isə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirə bilmir. Belə olan halda biz beynəlxalq qurumlardan tələb etmək məcburiyyətindəyik ki, bu cür halların qarşısını almaq üçün daha kəskin tədbirlər görsünlər. Müşahidəçi rolundan əl çəksinlər və real işlərlə məşğul olsunlar", - deyə Əli Əhmədov vurğulayıb.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: YAP