Son 20 ildə paytaxtın əhalisi 26 faiz artıb

   Son 20 ildə paytaxtın əhalisi 26 faiz artıb
  07 May 2019    Oxunub:1965
Bakı şəhərinin hökümət səviyyəsində də inkişafına resurslar cəlb edilsə də, paytaxt yenə də müxtəlif problemlərlə üzləşməkdədir.
Azvision.az xəbər verir ki, bunu "AS+P" beynəlxalq şirkətinin icraçı direktoru Yoaxim Şares Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Bakının şəhərsalma inkişafına həsr edilmiş plenumunda çıxışı zamanı deyib.

O bildirib ki, son 20 ildə şəhərin əhalisi 26 faiz artıb.

"Bu şəhəri cəlbedici etməklə yanaşı, əhalinin artımı da bəzi problemlər yaradır. Şəhər ətrafı ərazilərin, qəsəbələrin inkişafı, urbanizasiya yeni çətinliklərlə üzləşməyə məcbur qoyur. Nəticədə artan əhali, kommunal, nəqliyyat xidmətləri təminatı idarəetmənin bir az da təkmilləşdirilməsinə yeni yanaşma tələb edir. Bu da öz növbəsində nəqliyyatın düzgün tənzimlənməsini, şəhər əhalinin rahat hərəkətində yeni yanaşmaları bizdən tələb edir".

Y.Şares bildirib ki, əhalinin artımı, iqtisadi problemlər nəticəsində şəhərin yüklənməsi şəhərin funksional zonalarının öz funksiyalarının yerinə yetirməsində çətinlik yaradır.

"Mənzil və evlərə olan tələbat nəticəsində çox mərtəbəli binaların tikilməsi, müxtəlif ərazilərin zəbt edilməsi idarəetmə baxımından yeni yanaşmalar tələb edir. Bu proseslər şəhərin sosial və tarixi arxitektura nümunələrinə də mənfi təsirini göstərir. Bakının sənaye baxımından inkişaf etdiyini nəzərə alsaq şəhərin yüklənməsi ətraf mühitə də təsir göstərir".



Y.Şares qeyd edib ki, şəhər mərkəzi və alt mərkəzlərin düzgün inkişaf etdirilməsini nəzərdə tuturuq.

"Birinci növbədə şəhər və şəhərətrafına təzyiqi azaltmaq barədə düşünməliyik. Müəyyən dövlət strukturlarının şəhərin mərkəzindən kənarlaşdırılması ideyalarına baxıla bilər. Dayanılıq inkişaf konsepsiyasının tətbiqi vacibdir və şəhərətrafı ərazilərə düşən təzyiqi azaltmaq, daha ağıllı yanaşmaların tətbiqi edilməsi barədə düşünməliyik".

O, həmçinin, Bakı layihəsinin əhalinin yüksək artım tempi, şəhər və onun aqlomerasiyaları arasında tarazlığın qorunması və müasir dünyanın ayrılmaz atributu olan urbanizasiya proseslərinin davamlı idarə olunması zərurəti kimi əsas çağırışlarını xüsusi vurğulayib. O, qeyd edib ki, təmsil etdiyi şirkətin əsas vəzifəsi təkcə beynəlxalq şəhərsalma prinsiplərinin Bakıda tətbiqi deyil, şəhərin özünəməxsus xüsusiyyətlərini nəzərə almaq, onun tarixi görkəmini qorumaqdır. "Məhz buna görə işə yerli mütəxəssislər də cəlb olunmalıdır. Bildirildi ki, “AS+P” şirkəti görüləcək işlər çərçivəsində Bakı Dövlət Layihə İnstitutu və yerli peşəkarlarla sıx əməkdaşlığın qurulmasını planlaşdırır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Bakı   Baş-plan  





Xəbər lenti