Azərbaycanda metro vaqonları istehsal olunacaq

Azərbaycanda metro vaqonları istehsal olunacaq
  07 May 2019    Oxunub:2157
Gələcəkdə Azərbaycanda metro vaqonlarının istehsalı mümkün olacaq.
Azvision.az -ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, hazırda Bakmil deposunda metro vaqonlarının təmiri və sazlanması işləri həyata keçirilir:

"Biz "Bakı Metropoliteni"nin Tədris Mərkəzinin açılması ilə bağlı layihəyə başlayanda əsas məqsəd vaqon istehsalı sənayesinin inkişafına nail olmaq idi. Burada yetişən kadrlarımız faktiki olaraq yeni vaqonun istehsalı prosesinə qoşula biləcəklər. Hazırda biz 3 qatar, yaxud 15 vaqonumuzu təmir edib xəttə buraxmışıq. Biz bu vaqonlarda yalnız kondisionerləri quraşdıra bilmirik. İstehsalçı qurumla apardığımız danışıqlar və araşdmalarımız nəticəsində məlum oldu ki, köhnə vaqonlara kondisionerlərin quraşdırılması faktiki olaraq yeni vaqonların hazırlanmasına bərabərdir".

B.Məmmədov qeyd edib ki, bu il ərzində Tədris Mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.

Azvision.az


Teqlər: Metro   Vaqon  





Xəbər lenti