Naxçıvanda işıqpulu borcu qeydə alınmayıb

   Naxçıvanda işıqpulu borcu qeydə alınmayıb
  07 May 2019    Oxunub:1591
Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 2019-cu ilin aprel ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.
Azvision.az -ın məlumatına görə, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.



Qeyd olunub ki, aprel ayında texniki itki nəzərə alınmaqla daxil olan 28 milyon 975 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 436 min 200 manat olub, cəmi 2 milyon 443 min 700 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,3 faizini təşkil edir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   İşıqpulu  





Xəbər lenti