Dəmir Gədəbəyli vəfat edib

   Dəmir Gədəbəyli vəfat edib
  07 May 2019    Oxunub:8603
Tanınmış şair, filologiya elmləri doktoru Dəmir Gədəbəyli vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

Mərhum şair bu gün dəfn ediləcək.

Qeyd edək ki, Dəmir Qasımov (Gədəbəyli) Gədəbəyin Ataxal kəndində anadan olub. 1961-ci ildə ADU-nun filologiya fakültəsini bitirib. 1975-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1961-1991-ci illərdə AzTV-də müxbir, redaktor və məsul katib işləyib. 1991-1994-cü illərdə "20 yanvar" qəzetinin baş redaktoru olub. Elza İbrahimovanın bəzi mahnılarının söz müəllifidir. Onun şeirləri alman, ingilis, rus, yunan, rumın, çex, bolqar, macar və.s dillərə tərcümə edilib.

Allah rəhmət eləsin!

Azvision.az


Teqlər: Dəmir-Gədəbəyli   Şair  





Xəbər lenti