AQTA-dan xanım jurnalistlərə çağırış

AQTA-dan xanım jurnalistlərə çağırış
  06 May 2019    Oxunub:1857
Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva xanım jurnalistlərə müraciət edib.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, A.Fərziyeva bildirib ki, AQTA qida təhlükəsizliyi sahəsində nəzarət və tənzimləmə tədbirləri ilə paralel olaraq maarifləndirmə işlərini də həyata keçirir.

Məqsəd sağlam qidalanmanı təşviq etməklə əhalinin sağlamlığlını qorumaqdır: “Qadınların cəmiyyətdə və ailədə aparıcı qüvvə olduğunu nəzərə alaraq sizə müraciət edib, hamınızı bu statusda toplamaq istədim. Çünki qida təhlükəsizliyi bir qurumun yox bütöv bir cəmiyyətin problemidir. Peşənizi, cəmiyyətdəki mövqeyinizi və təsir imkanlarınızı nəzərə alaraq bu sahədə sizin də çox şey edə biləcəyiniz çox şey var deyə bilərik. Dəyərli xanım həmkarlarım, gəlin bu işdə gücümüzü birləşdirək. Sağlam gələcək sizdən, bizdən, hamımızdan başlayır. Övladlarınızı, sevdiklərinizi, ətrafınızdakı hər kəsi sağlam qidalanmağa yönəltməklə bizə dəstək olun və öz təkliflərinizi bizə yazın. Buradan, inboxda və ya istənilən platformada sizi dinləməyə və sizə hər cür metodiki köməklik etməyə hazırıq”

Qurum rəsmisi qeyd edib ki, bu sahədə birgə əməkdaşlığı genişləndirməyə ehtiyac var: “AQTA-nın qapıları hər zaman hər kəsin üzünə açıqdır. Həftədə və ya ayda bir dəfə vaxt təyin edib övladlarınızın da iştirakı ilə qeyri-rəsmi formatda görüşməyə nə deyirsiz? Bu istiqamətdə təkliflərinizi gözləyirik”.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti