İrandan idxal olunan xurmalarda virus aşkarlanıb? - AQTA-dan açıqlama

 İrandan idxal olunan xurmalarda virus aşkarlanıb? -  AQTA-dan açıqlama
  06 May 2019    Oxunub:3958
Qida Təhlükəsizliyi Agentliyi İrandan idxal olunan xurmalarda Hepatit A virusunun aşkar olunması barədə məlumatlara aydınlıq gətirib.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məlumatda qeyd edilib ki, məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir.

“Ölkəyə idxal edilən xurma məhsullarından da Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda məhsullara qida təhlükəsizliyi sertifikatı verilir. Həmin sertifikatla sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər. İndiyədək qeyd etdiyiniz məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hər hansı fakt qeydə alınmayıb”.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların satış müəssisələrində satılan xurma məshulları ilə bağlı şübhələri olarsa, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər.

Aytən Zəhra
Azvision.az



Teqlər: AQTA   İran   Xurma  





Xəbər lenti