Qəzaya düşən məktəblilərdən 4-ü evə buraxılıb

   Qəzaya düşən məktəblilərdən 4-ü evə buraxılıb
  06 May 2019    Oxunub:2032
Təhsil Nazirliyi Salyan rayonunda məktəblilərin düşdüyü qəza ilə bağlı məlumat yayıb.
Nazirlikdən Azvision.az -a bildirilib ki, Salyan rayonu ərazisində Gənclər və İdman Nazirliyinin tabeliyində olan Şirvan şəhər Uşaq-Gənclər İdman məktəbinin idmançılarını daşıyan mikroavtobus qəzaya düşüb.

“Qəza zamanı Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi İlkin Əhmədov dünyasını dəyişib, xəsarət alan 8 nəfər isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 4 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər 2 nəfərin vəziyyəti normaldır və həmin xəstəxanada müalicələri davam etdirilir. 1 nəfər isə kəllə-beyin travması ilə Bakı şəhərinə gətirilib. Təhsil Nazirliyinin nümayəndəsi Salyan Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb", - deyə məlumatda qeyd olunub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Salyan   Qəza   Nazirlik  





Xəbər lenti