“Barselona” 26-cı dəfə çempion oldu

“Barselona” 26-cı dəfə çempion oldu
  28 Aprel 2019    Oxunub:2810
İspaniya La Liqasında 35-ci tura start verilib.
Azvision.az xəbər verir ki, ilk oyun günündə 4 görüş keçirilib.

Öz meydanında "Levante"ni qəbul edən "Barselona" Lionel Messinin 62-ci dəqiqədə vurduğu qolla rəqibinə qalib gələrək sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. Bu, Kataloniya klubunun ümumilikdə 26-cı çempionluğudur.

Qeyd edək ki, indiyədək keçirdiyi 35 oyundan 83 xal toplayan “Barselona” turnir cədvəlində ən yaxın izləyicisi “Atletiko Madrid” klubu üçün əlçatmaz olub. Çempionatda üçüncü yeri 65 xalı olan “Real Madrid” tutur.

Azvision.az



Teqlər: Barselona   İspaniya  





Xəbər lenti