Beyrutda baş verən partlayışın yeni görüntüləri - VİDEO

Beyrutda baş verən partlayışın yeni görüntüləri - VİDEO
  21 Noyabr 2013    Oxunub:1083
Livanın paytaxtı Beyrutta törədilən terror aktının yeni görüntüləri yayımlanıb.
Hadisənin baş vermə anının qeydə alındığı video yazıda partlayışın nə qədər güclü və dəhşətli olduğu açıq şəkildə görünür. Yaxınlıqdakı şirkətlərdən birinin təhlükəsizlik kamerası vasitəsiylə görüntülənən videolardan aydın olur ki, 32 nəfərin həyatını itirdiyi teror aktı zamanı iki partlayış həyata keçirilib. Birinci nisbətən zəif olub.

Ətrafdakı insanlar hadisə yerinə gəldikdən sonra ikinci, daha şiddətli partlayış gerçəkləşdirilib. Məlumat üçün bildirək ki, hadisə zamanı 4 Hizbullah silahlısıyla yanaşı İranın Livandakı Mədəniyyət konsulu əş Şeyx İbrahim əl-Ənsari də həlak olub.

Bu arada İranın Xarici İşlər Nazirliyi Livanda törədilmiş terror aktıyla bağlı yeni bəyanat yayıb. Bəyanatda bildirilir ki, Livana qarşı həyata keçirilmiş istənilən terror aktı və hücum birbaşa İrana yönəldilmiş hesab olunacaq. İranın Xarici İşlər Nazirliyi onu da bəyan edib ki, rəsmi Tehran hadisəni dərindən araşdırır və teror aktında əli olan bütün qrup və təşkilatlar cəzalandırılacaq.


AzVision.az


Teqlər:  





Xəbər lenti