Lerikdə "Volvo", Bakıda "Volkswagen" yanıb

  23 Aprel 2019    Oxunub : 1185
Lerikdə "Volvo", Bakıda "Volkswagen" yanıb
Bakı şəhərinin Xəzər rayonunda "Volkswagen" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Digər məlumata əsasən, Lerik rayonunda "Volvo" markalı traktorun salonu və mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Traktorun qalan hissəsi yanğından mühafizə olunub.

Azvision.az

Teqlər: FHN   Yanğın   Maşın