Türkiyənin Baş konsulluğuna “Molotov kokteylləri” atıldı

  22 Aprel 2019    Oxunub : 1570
 Türkiyənin Baş konsulluğuna “Molotov kokteylləri” atıldı
İsveçrənin Sürix şəhərində Türkiyənin Baş konsulluğuna naməlum şəxslər tərəfindən “Molotov kokteylləri” atılıb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə baş konsul Asiye Nurcan İpəkçi məlumat verib.

Onun sözlərinə görə, Baş konsulluğun binası bundan əvvəl də bu cür hücumlara məruz qalıb. İsveçrə polisi insidentlə bağlı iki nəfəri saxlayıb, lakin onların şəxsiyyəti barədə heç bir məlumat verilməyib.

Azvision.az

Teqlər: Türkiyə   Konsulluq