Strateji meymunluq, yaxud, AB ilə tərəfdaşlıq Sazişi kimləri narahat edir?

     Strateji meymunluq,    yaxud, AB ilə tərəfdaşlıq Sazişi kimləri narahat edir?
  18 Aprel 2019    Oxunub:5815
Azərbaycan ilə Avropa Birliyinin arasında imzalanacaq saziş ölkəmiz üçün həqiqətən çox ciddi hadisədir. Çünki hazırda AB bizim əsas tərəfdaşlarımızdan biri olsa da, münasibətlərimiz hələ də 1996-cı ildə imzalanmış, 99-cu ildə isə qüvvəyə minmiş sazişlə təmzimlənir. Həmin müddətdən bəri bir çox sahələrdə xeyli ciddi dəyişikliklər olub, ona görə də sənəd artıq köhnəlib və bir çox yeni reallıqları əhatə etmir.
Yeni sazişin nə qədər ciddi məsələ olması haqda təsəvvür yaratmaq üçün sadəcə deyək ki, onun hazırlanmasının sonuncu mərhələsinin üzərində 3 ildir ki, intensiv iş gedirdi. Nəhayət, bu işlər yekunlaşmaq üzrədir. Amma Sazişin imzalanacağı böyük tarixi gün yaxınlaşdıca, ona qara yaxmağa çalışanlar da fəallaşırlar. Daha doğrusu, “fəallaşdırılırlar” demək, yəqin lap yerinə düşərdi.

Nəzərə alsaq ki, Saziş Azərbaycan ilə AB-nin tərəfdaşlığını srrateji münasibətlər səviyyəsinə qaldıracaq, başa düşmək çətin deyil ki, onun imzalanacağı kimləri, hansı qüvvələri narahat edə bilər. Bu, çox asan sualdır axı: “Azərbaycanın Avropa Birliyi ilə strateji tərəfdaşlığı kimlərin marağına uyğun deyil?” Və həmin qüvvələr də iplərini əllərində tutduqları marionetləri hərəkətə gətirərək, Sazişi pislətməklə məşğuldurlar. Belə marionetlərdən biri keçmiş səfir Arif Məmmədovdur.

Məntiqlə yanaşsaq, vaxtilə Avropa Birliyində səfir olan, Avropa həyat tərzinə pərəstişini açıq ifadə edən, sadə azərbaycanlılara isə hər zaman həqarətlə baxan gedonist düşüncəli Arif Məmmədov bu Sazişi ikiəlli dəstəkləməli idi! Axı o, tipik avropapərəstdir, heç vaxt Qarabağ üçün ürəyi yanan biri olmayıb, elə isə, nə düşüb ki, indi durub Avropa Birliyi ilə imzalanacaq Sazişə durmadan qara yaxmağa çalışır?

Görünür, eks-səfir sadəcə, Azərbaycanla AB-nin strateji tərəfdaşlığından qıcıqlanan qüvvələrdən aldığı sifarişi icra edir. Bax, bu yerdəcə istər-istəməz onun şübhəli keçmişi ilə bağlı səsləndirilən bəzi iddialar yada düşməyə bilməz.

Yada salaq, bir qədər əvvəl milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Arif Məmmədovun Rusiya kəşfiyyatının ortaya atdığı adam olduğunu demiş və iddia etmişdi ki, onun fəallaşması Qərblə Rusiya arasındakı geopolitik savaşın tərkib hissəsidir. O savaşın ki, Ukrayna, Gürcüstan və Moldovada açıq formada getsə də, Azərbaycanda gizli gedir. Sülhəddin Əkbər açıq şəkildə demişdi ki, Arif Məmmədov Rusiyaya xüsusi xidmət orqanlarının başlatdığı oyunun bir elementidir. Və bu məsələdə yəqin ki, fikrinə ciddi yanaşılması lazım olan şəxslərdən biri məhz milli təhlükəsizlik nazirinin keçmiş birinci müavinidir.

Bu faktı diqqətə alanda hər şey yerinə oturur, məlum olur ki, gedonist, qərbpərəst Arif Məmmədov niyə Azərbaycanın AB ilə strateji tərəfdaşlığından bu qədər narahatdır...

Tariyel Həsənov
Azvision.az



Teqlər: Avropa-Birliyi   Tərəfdaşlıq-Sazişi   Arif-Məmmədov  





Xəbər lenti