İsmayılovlardan 7 kq narkotik götürülüb

İsmayılovlardan 7 kq narkotik götürülüb
  28 Mart 2019    Oxunub:2193
Biləsuvar rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar, Sabirabad rayon sakinləri A.İsmayılovdan və N.İsmayılovdan 7 kiloqram 490 qram tiryək götürülüb.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti