29 yaşlı keçmiş məhkum yenidən cinayət törətdi

29 yaşlı keçmiş məhkum yenidən cinayət törətdi
  19 Mart 2019    Oxunub:1698
Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabr ayında şəhər ərazisindəki evdən oğurluq edən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı Vidadi İsmixanov oktyabr ayının 3-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1000 ABŞ dolları nağd pulu və 350 manat dəyərində 1 ədəd kompyuteri oğurlayıb.

V. İsmixanov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti