Bakıda məcburi eniş edən təyyarə sabah yola düşəcək

 Bakıda məcburi eniş edən təyyarə sabah yola düşəcək
  12 Mart 2019    Oxunub:2600
Bakıda təcili eniş edən “Ural Hava Yolları” aviaşirkətinə məxsus təyyarə Moskvaya martın 12-si səhər saatlarında yola düşəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Bəhreyn-Moskva reysinin sərnişinləri oteldə yerləşdirilib.
Hava gəmisində partlayıcı qurğunun yerləşdirilməsi şübhəsi mövcud olduğuna görə Bakıda qəza enişi edən “Ural Hava Yolları” aviaşirkətinin A321 təyyarəsinə hələlik mütəxəssislər tərəfindən baxış keçirilir.

Qeyd edək ki, Bəhreyndən Moskvaya uçan “Ural Hava Yolları” aviaşirkətinə məxsus təyyarə bu gün Bakı vaxtı ilə saat 14:56 dəqiqədə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib. Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib. Təyyarədə, ekipaj üzvləri daxil olmaqla, 225 nəfər olub.

Azvision.az



Teqlər: Təyyar   Bakı   Aeroport   Moskva  





Xəbər lenti