Kürdə suyun səviyyəsi azalıb

Kürdə suyun səviyyəsi azalıb
  11 Mart 2019    Oxunub:1534
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-50 faizini təşkil edir.
Departamentdən Azvision.az -a verilən məlumata görə, martın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 152 kubmetr olmaqla ongünlük normanın 57 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 44 kubmetr təşkil etməklə ongünlük normanın 47 faizinə bərabərdir.

Martın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda və Salyanda 12, Araz çayının Novruzlu məntəqəsində 2 santimetr azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsi dəyişməyib. Hazırda suyun səviyyəsi Surra məntəqəsində 320, Şirvanda 143, Salyanda 71, Bankədə 167, Araz çayının Novruzlu məntəqəsində isə 27 santimetrə bərabərdir.

Azvision.az


Teqlər: ETSN   Kür  





Xəbər lenti