Nazirlik imkansız ailəyə yardım edib

Nazirlik imkansız ailəyə yardım edib
  11 Mart 2019    Oxunub:1541
Bəzi KİV-də Yevlax rayonu, Qaraməmmədli kəndində 7 nəfərdən ibarət Məhərrəmovlar ailəsinin çətin vəziyyətdə yaşadığı barədə məlumatlar yayılıb. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ailənin yaşadığı ünvanda olublar.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, ailə başçısı Xanlar Məhərrəmov əmək pensiyaçısıdır. Oğlu Qabil Məhərrəmovun əmək qabiliyyətli olduğu, lakin işləmədiyi nəzərə alınmaqla onun məşğulluğunun təmin olunması istiqamətində addımlar atılıb.

Vətəndaş “İşsizin DOSTu” Proqramına cəlb edilərək yaxın günlərdə əmək müqaviləsi əsasında işə başlayacaq. Bundan sonra ailənin ünvanlı sosial yardım alması üçün müraciət etməsinə texniki köməklik göstəriləcək.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti