Komitənin nümayəndələri əsgərlərlə görüşüb

Komitənin nümayəndələri əsgərlərlə görüşüb
  11 Mart 2019    Oxunub:1541
Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Müdafiə Nazirliyi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi birgə tədbirlər həyata keçirir.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Müdafiə Nazirliyi ilə imzalanmış birgə tədbirlər planına uyğun olaraq, komitə nümayəndələri cəbhə bölgəsində yerləşən hərbi hissələrdə hərbi qulluqçularla görüşüb.

Görüşdə gənclərin zərərli vərdişlərdən qorunmasında milli mənəvi dəyərlərimiz rolu mövzusunda söhbətlər aparılıb və şəxsi heyətin “Şəhadət” filminə baxışı təşkil olunub.

Azvision.az



Teqlər: MN   Əsgər  





Xəbər lenti