Mingəçevirdə 18 yaşlı qız beşinci mərtəbədən yıxılıb
"Mingəçevir səhiyyəsinin rəhbərinə zəng etdim və qızın səhhəti ilə maraqlandım. Qız mərtəblərin balkonlarındakı sərgi iplərinə dəyə-dəyə yıxıldığına görə, belə hadisə üçün az zədə alıb. Başı və onurğa sümüyü ağır zədə almayıb, qolları sınıb və bədənində zədələri var. Vəziyyəti stabildir. Mingəçevir tibbi sığortada olduğu üçün qız səhiyyə hesabına müalicə alır. Bakıda lazımi tibb professorları ilə məsləhətlər aparılıb. Hələki Mingəçevirdə müalicə alır, ciddi ehiyac yaranarsa, vəziyyətə uyğun olaraq ya şəhərə Bakıdan təcrübəli mütəxəssis çağrılacaq, ya da qız Bakıya göndəriləcək", - deyə deputat vurğulayıb.
Azvision.az
Teqlər: Mingəçevir