Gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Gənc əsgərlər Vətənə sədaqət andı içiblər
  09 Mart 2019    Oxunub:2528
Martın 9-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış 149 gənc əsgərin təntənəli hərbi andiçmə mərasimi keçirilib.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, dövlət himni səsləndirildikdən sonra dövlət bayrağı hərbi marşın sədaları altında təntənəli surətdə meydana gətirilib, gənc əsgərlər vətənə, xalqa və dövlətə sədaqət andı içiblər.

Tədbirdə çıxış edən mühafizə alayının komandiri, ədliyyə polkovnik-leytenantı İlqar Müseyibov ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun təbriklərini və tövsiyələrini gənc əsgərlərə çatdırıb.

Əsgərlər və valideynləri yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Gənc əsgərlər nizam-intizamlı olacaqlarını, xidmətdə yalnız uğur qazanacaqlarını, Vətənin müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bildiriblər.

Sonra şəxsi heyətin təntənəli marşla hərbi keçidi olub. Mühafizə alayının xüsusi təyinatlı dəstəsi nümunəvi çıxışlar yerinə yetirib.

Azvision.az



Teqlər:





Xəbər lenti