Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən
Azvision.az -a verilən məlumata görə, həmin dövrdə Xidmətin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 2098 nəfər əlilliyi olan şəxs, o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 272 nəfər protez-ortopedik bərpa xidmətləri ilə təmin edilib. Onlara 125 əlil arabası, 184 aşağı və yuxarı ətraf, habelə döş protezi, 186 yuxarı və aşağı ətraf ortezi, 1400 müxtəlif reabilitasiya vasitəsi, 1379 cüt ortopedik və protez ayaqqabı, 242 dördayaqlı dayaq vasitəsi, 190 cüt qoltuqaltı ağac, 343 cüt dirsəkaltı ağac və s. verilib.
Ümumilikdə isə əlilliyi olan şəxslərin 5841 reabilitasiya vasitəsilə təminatı həyata keçirilib. Mərkəzin stasionar bölməsində 146 nəfərə reabilitasiya xidmətləri göstərilib.
Azvision.az