“Əbu Bəkr” məscidi yenidən fəaliyyətə başlayacaq

 “Əbu Bəkr” məscidi yenidən fəaliyyətə başlayacaq
  09 Mart 2019    Oxunub:7857
"Əbu Bəkir" məscidi təhlükəsizlik tam təmin edildikdən sonra fəaliyyətə başlayacaq.

Bunu Azvision.az -a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.
Komitə rəsmisi deyib ki, məscidin minarəsi qəzalı vəziyyətdədir: "Hazırda aidiyyatı qurumlar tərəfindən minarənin özülünün qiymətləndirilmə prosesi gedir. Əgər onu bərpa etmək, möhkəmləndirmək mümkün olarsa, tikinti işləri həyata keçiriləcək. Mümkün olmasa, minarə söküləcək. Məscidin fəaliyyətinin dayandırılması hələlik oradakı tikinti işləri ilə bağlıdır. Minarə sökülsə belə, təhlükəsizlik təmin edildikdən sonra məscid fəaliyyət göstərəcək".

Qeyd edək ki, 2008-ci ilin 17 avqust tarixində "Əbu Bəkr" məscidinə atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər həlak olmuş, 18 nəfər yaralanmışdı.

Aytən Zəhra
Azvision.az



Teqlər: Məscid   Əbu-Bəkir  





Xəbər lenti