Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti çətinləşdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsindən AzərTAc-a verilən məlumata görə, yolun 32-38-ci kilometrliklərinin hərəkət hissəsinə 20 santimetrədək qar yağıb.
Hazırda yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.
Sahə rəisi Bilal Sultanov bildirib ki, ötən gün yolda qar uçqunu və ya torpaq sürüşməsi qeydə alınmayıb. Ucqar yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır. Növbətçi briqadalar yolun daha təhlükəli sayılan hissələrinə nəzarət edir.
Hazırda Quba rayonunun bir sıra dağlıq ərazilərinə qar yağmaqda davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dağlıq ərazidəki yollarda sürücülərə diqqətli olmağı, hava şəraitinə uyğun sürət həddi seçməyi tövsiyə edib.
Azvision.az