Qaydaları pozmayan qadın sürücülər mükafatlandırılır

Qaydaları pozmayan qadın sürücülər mükafatlandırılır
  08 Mart 2019    Oxunub:1797
Bakı Nəqliyyat Agentliyi (BNA), “Avto FM” və Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət Yol Polisi İdarəsi (DYP) 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlagədər ənənəvi aksiya keçirir.
BNA-dan Azvision.az -a verilən məlumata görə, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən aksiya zamanı şəhərin müxtəlif yerlərində qadın sürücülər saxlanılır və il ərzində inzibati xətası qeydə alınmayan, saxlanılmayan, barəsində inzibati tənbeh seçilməyən qadın sürücülər müəyyən edilir və onlar BNA və DYP əməkdaşları tərəfindən “Nümunəvi qadın sürücü” elan edilərək gül buketi, müxtəlif hədiyyə və kuponlarla mükafatlandırılır.

Azvision.az



Teqlər: BNA   Sürücü   DYP  





Xəbər lenti