Mübariz Qurbanlı Şamaxıda vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Şamaxıda vətəndaşları qəbul edəcək
  07 Mart 2019    Oxunub:1948
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 12-də Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarının sakinlərini qəbul edəcək.
Komitədən Azvision.az -a bildiriblər ki, qəbul Şamaxı rayon Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə üzrə şöbə müdiri Rəhim Rəhimlidir. Əlaqə vasitələri: Mob: (050) 300 08 92, telefon: 020 265 33 04, elektron poçt ünvanları: [email protected] , [email protected] , [email protected] .

Azvision.az


Teqlər: DQİDK  





Xəbər lenti