Avtobusların texniki göstəricilərinə dair tələblər - SİYAHI
Avtobuslar aşağıda göstərilənlərlə təchiz edilməlidir:
1. salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi,
2. sağlamlıq imkanları məhdud şəxslər üçün arabaların və uşaq arabalarının girişi və çıxışı üçün mexanizm,
3. nağdsız ödənişin aparılmasına imkan verən avadanlıq (qurğu),
4. maksimal sürəti məhdudlaşdırmağa imkan verən qurğu,
5. bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar,
6. avtobusların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu,
7. sərnişinlərə səsli məlumatları çatdırmaq, o cümlədən dayanacaq məntəqələrini bildirmək üçün istifadə olunan audioqurğu,
8. sərnişin qapıları açıq olduqda, ayaqaltını işıqlandıran işıq cihazı,
9. qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı,
10. sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf kabinə,
11. ayaq üstə dayanan sərnişinlərin sayına uyğun olan 4 dayanıqlı əl tutacaqları,
12. dərman qutusu, hər birinin tutumu minimum 4 kq-lıq olan və 1 ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq.
Tələblərlə bağlı daha ətraflı Buradan tanış ola bilərsiniz.
Azvision.az