Nazirlər Kabineti baş nazirin Tiflis səfərindən xəbərsizdir

Nazirlər Kabineti baş nazirin Tiflis səfərindən xəbərsizdir
  15 Noyabr 2013    Oxunub:1014
Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin andiçmə mərasimində Azərbaycanı baş nazir Artur Rasizadə təmsil edəcək. AzVision.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn açıqlama verib.

Nazirlər Kabineti isə baş nazirin Gürcüstan səfərindən məlumatsızdır.

Qurumun mətbuat xidmətinin rəhbəri Akif Əli AzVision.az-a açıqlamasında bu barədə onlarda məlumatın olmadığını deyib

“Bu barədə bizdə məlumat yoxdur. Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayın”.

Qeyd edək ki, Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin andiçmə mərasimi noyabrın 17-də keçiriləcək.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti