“Mayın sonuna kimi bütün kompensasiyalar ödəniləcək” - Vüsal Qasımlı
“Martın 15-nə qədər Azərbaycanda fiziki şəxslərə kompensasiya ödənilməsi ilə bağlı qaydalar təsdiqlənəcək. Bir ay müddətində isə fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı prezident fərmanının əhatə dairəsinə düşən vətəndaşların siyahısı tam hazır olacaq. Bundan sonra onlara ödəniləcək kompensasiyanın məbləği tam müəyyənləşəcək və Maliyyə Bazarlarına Nəzarət Palatasının internet səhifəsində açıqlanacaq".
V.Qasımlının sözlərinə görə, hər bir vətəndaş şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməklə ona düşəcək kompensasiyanın məbləğini öyrənə biləcək: "Vətəndaşlara bildirmək istəyirik ki, tələsməsinlər, hər kəs bir dəfə banka dəvət olunacaq. May ayının sonuna qədər bütün kompensasiyalar tam ödəniləcək".
Aytən Zəhra
Azvision.az