Ukrayna “Eurovision -2019”da iştirak etməyəcək

Ukrayna “Eurovision -2019”da iştirak etməyəcək
  28 Fevral 2019    Oxunub:1809
Ukraynadan heç bir ifaçı “Eurovision -2019” müsabiqəsində iştirak etməyəcək.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Milli İctimai Teleradio Şirkəti məlumat yayıb. Qeyd olunub ki, seçmə yarışların qalibi olmuş müğənni Maruv (Anna Korsun) “Eurovision -2019” müsabiqəsində iştirak etməyəcək.

Maruv bu addımını ona təklif olunan kontraktın şərtlərinə razı olmaması ilə izah edib. Müğənni Rusiyada konsertlər verdiyinə görə Ukraynada sərt tənqid olunur. O, tənqidlərə cavabında qeyd edib ki, öz musiqisi ilə “sülhə çağırır və xalqları birləşdirmək istəyir”.

Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti