Prezidentlərin görüş tarixi bəlli oldu

Prezidentlərin görüş tarixi bəlli oldu
  13 Noyabr 2013    Oxunub:1098
Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutacaq görüşünün vaxtı məlum olub.

Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutacaq görüş noyabrın 19-da Vyanada, yaxud Surix şəhərində keçiriləcək. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

“Ekspertlərin fikrincə, bu, görüş naminə görüş olacaq. ABŞ tərəfi belə bir fikir formalaşdırmaq istəyir ki, danışıqlar dalana dirənməyib və bu məsələ diqqətdədir. Eyni zamanda, ABŞ Rusiyanı “Cənubi Osetiya”, “Abxaziya” ssenarilərini bu məsələdə işə salmaq fikrindən daşındırmağa çalışır.”-deyə qəzet yazır.

Görüş zamanı Ermənistan tərəfinin qondarma “Dağlıq Qarabağ Respublikası”nı danışıqlar stoluna qaytarılması tələbini irəli sürəcəyi istisna edilmir.

S. Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti