Almaniyanın Maynz şəhərində bələdiyyə yanında fəaliyyət göstərən Xaricilər Məclisinin üzvü Sarvan Rizvanov
Azvision.az -a açıqlamasında deyib ki, kilsənin rəhbəri cənab Maskus ilə tədbir keçirilməmişdən bir neçə gün öncə görüşüb ətraflı müzakirə aparıb: "Almaniya parlamentinin və Kanslerinin dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını kilsə rəhbərliyinin diqqətinə çatdırdım. Eyni zamanda, Almaniya qanunlarına zidd olaraq kilsənin siyasi bir tədbirə ev sahibliyi etməsinin yolverilməz olduğunu bildirdim və bu problemin hüquq müstəvisinə çıxacağına işarə vurdum.
Daha sonra kilsənin rəhbəri məni görüşə dəvət etdi. Bildirdi ki, sizin təklifinizi və müzakirəmizdə səslənən fikirləri üstün tutub ermənilərin tədbirini ləğv etdik. Xaricdə yaşayan hər bir soydaşımızdan bir xahişim var, erməni fəallığına qarşı bizim mübarizə aparmağımız çox önəmlidir".
Azvision.az