Gəncədə Mehriban Əliyevanın adından ehsan verilib

  Gəncədə Mehriban Əliyevanın adından ehsan verilib
  17 Fevral 2019    Oxunub:3236
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tövsiyəsi ilə Gəncənin “İmamzadə” Dini-Memarlıq Kompleksində ehsan verilib.
Azvision.az xəbər verir ki, kompleksin mərasim zalında 1000 nəfər üçün ehsan süfrəsi açılıb. Mərasim Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil edilib. Ehsan süfrəsi ətrafında Gəncə və ətraf rayonlarda yaşayan din xadimləri, aztəminatlı ailələrin üzvləri, Gəncə Uşaq Evinin sakinləri bir araya gəliblər.

Mərasim Azərbaycanın bütövlüyü uğrunda şəhid olan vətən oğullarının xatirəsinə bir dəqiqəlik sükutla başlayıb, ruhlarına dualar oxunub.



Ehsandan mərasimdə iştirak edə bilməyən aztəminatlı ailələrə, Uşaq Evinin sakinlərinə pay göndəriləcək.

Xatırladaq ki, fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncədə “İmamzadə” Dini-Memarlıq Kompleksini ziyarət ediblər.



Azvision.az



Teqlər: Gəncə   İmamzadə  





Xəbər lenti