Polad Bülbüloğlu: “Məsələ Prezidentin nəzarətindədir” - VİDEO

     Polad Bülbüloğlu:    “Məsələ Prezidentin nəzarətindədir” -    VİDEO
  17 Fevral 2019    Oxunub:6557
“Sosial şəbəkələrdə təxribat xarakterli saxta xəbərlər yayılır”

Azvision.az xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada bir qrup çeçen və azərbaycanlı arasında baş vermiş insidentlə bağlı REAL-a danışıb.
Səfir məsələ ilə bağlı Moskva Şəhər Baş Polis İdarəsində olub və polis rəisi ilə görüşüb. Səfir məsələnin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən nəzarətə götürüldüyünü də açıqlayıb.

Polad Bülbüloğlu deyib ki, sosial şəbəkələrdə təxribat xarakterli saxta xəbərlər yayılır. O, ölkə əhalisini o cür xəbərlərə inanmamağa çağırıb.



Azvision.az



Teqlər: Səfir   Polad-Bülbüloğlu  





Xəbər lenti