XİN rəhbəri xorvatiyalı həmkarı ilə görüşüb

XİN rəhbəri xorvatiyalı həmkarı ilə görüşüb
  16 Fevral 2019    Oxunub:2197
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində 16 fevral tarixində xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiyanın Baş nazirinin müavini, Xarici və Avropa işləri üzrə naziri Mariya Peyçinoviç Buriç ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edərək, ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla qeyd ediblər.

Tərəflər bir sıra sahələrində ikitərəfli əməkdaşlığın daha irəli aparılması, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti