Diplomatik xidmət orqanlarının yubiley medalı təsis edilir

Diplomatik xidmət orqanlarının yubiley medalı təsis edilir
  16 Fevral 2019    Oxunub:2625
“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919 – 2019)” medalı təsis olunur.
Azvision.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilir.

Yubiley medalı ilə Azərbaycanın diplomatik xidmət orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, diplomatik xidmətdə yüksək nəticələr əldə edən diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, diplomatik xidmət orqanlarının veteranları, habelə Azərbaycanın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində fəal iştirak edən və diplomatik xidmət orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər.

Medal diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir.

Medalın arxa tərəfinin yuxarı hissəsində “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, mərkəzində “XARİCİ İŞLƏR NAZİRLİYİ” sözləri yazılıb.

Qeyd edək ki, layihə parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Medal   MM  





Xəbər lenti